Husilər ABŞ-ın iki esminesinə zərbə endirdi

06.03.2024 10:00     Dünyadan reaksiya     86

Yəmən üsyançıları husilər Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesinə zərbə endirib.

Reaksiya.az xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Yəhya Səriya deyib.

O, esmineslərə gəmi əleyhinə raket və PUA-larla zərbə endirildiyini açıqlayıb.

Səriya bildirib ki, əməliyyat ABŞ və Britaniyanın hücumlarına cavab olaraq həyata keçirilib.

Reaksiya.az

Şərhlər