Ermənipərəst Menendezə yeni ittiham irəli sürüldü
06.03.2024 13:00 Dünyadan reaksiya 108
Korrupsiyada, eləcə də Misir və Qətərə agentlik etməkdə ittiham olunan Nyu Cersinin ermənipərəst senatoru Robert Menendez ədalət mühakiməsinə mane olmaqda ittiham olunub.
Reaksiya.az xəbər verir ki, bu barədə Nyu York Məhkəməsinin məlumat bazasında dərc edilən rəydə deyilir.
Rəyə görə, senatora və onun arvadına qarşı əvvəllər irəli sürülən ittihamlara ədalət mühakiməsinə mane olmaq üçün yeni plan hazırlamaq ittihamı da əlavə edilib.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında senatora və onun erməni əsilli arvadına qarşı korrupsioner sövdələşmələrdə iştirak və yüz minlərlə dollar rüşvət almaları ilə bağlı ittihamlar irəli sürülüb.
Şərhlər