Qazaxıstanda ağır yol qəzası baş verib, 8 nəfər ölüb

06.03.2024 13:45     Dünyadan reaksiya     86

Qazaxıstanın Aktobe vilayətində Aktobe-Həştərxan avtomobil yolunda iki avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb.

Reaksiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aktobe vilayətinin polis idarəsi məlumat yayıb.

“Hazırda yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və ölən insanların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür”, - məlumatda qeyd edilib.

Reaksiya.az

Şərhlər