Tramp Baydeni debata çağırdı

07.03.2024 09:30     Dünyadan reaksiya     88

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydeni debata dəvət edib.

Reaksiya.az xəbər verir ki, bu barədə Tramp sosial hesabında yazıb.

“Co Bayden və mənim ölkəmizin və xalqımızın rifahı üçün çox vacib olan məsələləri müzakirə etməyimiz vacibdir. Ona görə də mən debat tələb edirəm. İstənilən vaxt və istənilən yerdə", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrda keçiriləcək. Hazırda Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə favorit hesab olunur.

Reaksiya.az

Şərhlər