Türkiyə XİN-dən İsraillə bağlı bəyanat
07.03.2024 10:30 Dünyadan reaksiya 120
Israil rəsmilərinin İordan çayının qərb sahilində 3,5 min ev inşa edilməsi ilə bağlı təsdiqlədiyi plan Fələstin torpaqlarında işğalın daha da genişlənməsi anlamına gəlir.
Reaksiya.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Baş verənlər Fələstin xalqına aid torpaqların İsrail tərəfindən zorla ələ keçirilməsidir”, - bəyanatda bildirilib.
Şərhlər