Fransa bu ölkədən dəniz qüvvələrini çıxarır

07.03.2024 12:00     Dünyadan reaksiya     116

Fransa dəniz qüvvələrini Seneqaldan çıxarmağa başlayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə “Seneweb” xəbər portalı məlumat yayıb.

Qeyd edilib ki, bölmənin yekun geri çəkilməsi iyunun sonundan gec olmayaraq baş tutacaq. Nəticədə Fransanın Seneqaldakı hərbi mövcudluğu indiki 500 əsgərdən 260-a enəcək.

Seneqalda qalan fransız hərbçilər əsasən təlimatçılardır. Onlar Seneqal əsgərlərini öyrətməyə davam edəcəklər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar