İran 3 ada ilə bağlı BƏƏ-yə xəbərdarlıq etdi
07.03.2024 12:45 Dünyadan reaksiya 112
İran Küveyt və BƏƏ-nin üç ada və mübahisəli neft yatağı ilə bağlı bəyanatını rədd edərək, onu ərazi bütövlüyünə müdaxilə kimi xarakterizə edib.
Reaksiya.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
“Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adası İran torpağının ayrılmaz və əbədi hissəsidir, digər görüşlərin heç bir siyasi və hüquqi dəyəri yoxdur. İran öz ərazi bütövlüyü ilə bağlı danışıqlar aparmayacaq”, - o bildirib.
Qeyd edək ki, BƏƏ Körfəzdə yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarını özününkü sayır və İranın bu adalara və qaz yatağına iddiasını rədd edir.
Şərhlər