İrəvan qısa zamanda AB-yə namizəd olacaq
07.03.2024 13:45 Dünyadan reaksiya 107
Nikol Paşinyanın hakim partiya üzvləri ilə qapalı görüşləri ardıcıl olaraq keçirilir. Bu gün Baş nazir və nazirlər hakim qanadın deputatları ilə qapalı görüş üçün yenidən parlamentə gedəcəklər. Bu, hakim komanda üzvlərinin son günlər Nikol Paşinyanla üçüncü görüşüdür.
Reaksiya.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” nəşri mənbələrə istinadən məlumat yayıb.
“Bu günlərdə əsas mövzu Ermənistanın AB-yə namizədliyinin irəli sürülməsi məsələsidir və bütün komanda Baş nazirlə görüşlərdə bunu müzakirə edir. Dünən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə də bu məsələ gündəmdə olub. AB üzvlüyünə namizədliyin irəli sürülməsi prosesinin əsas nəzarətçisi Təhlükəsizlik Şurasının katibi olacaq. Paşinyan bu məsələni çox tez başa çatdırmaq niyyətindədir. Ona görə də Ermənistanın üzvlük üçün tez bir zamanda müraciət etməsi mümkündür”, - məlumatda deyilir.
Şərhlər