Husilərin gəmiyə hücumu nəticəsində iki nəfər ölüb
07.03.2024 15:30 Dünyadan reaksiya 104
Yəmənin şimalındakı “Ənsar Allah” hərəkatının (husilər) Ədən körfəzində gəmiyə hücumu nəticəsində iki dənizçi həlak olub.
Reaksiya.az xəbər verir ki, bu barədə Filippinin miqrant işçilərlə iş departamenti məlumat yayıb.
“Husilərin Qırmızı dənizdə və Ədən körfəzində üzən gəmilərə son hücumu nəticəsində iki filippinli dənizçi ölüb”, - məlumatda bildirilib.
Bundan başqa, Yaxın Şərqdə gərginliyin azaldılması və münaqişənin səbəblərini aradan qaldırmaq üçün diplomatik səylərin davam etdirilməsinin zəruriliyi qeyd olunub.
Şərhlər