Moskvada İŞİD üzvlərinin sinaqoqa silahlı hücumunun qarşısı alınıb
07.03.2024 18:30 Dünyadan reaksiya 120
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva sinaqoqlarından birində silahlı hücumun qarşısını alıb, onu hazırlayan “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının üzvləri Kaluqa vilayətində zərərsizləşdirilib.
Reaksiya.az xəbər verir ki, bu barədə TASS-a FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
“İŞİD-in Əfqanıstandakı “Vilayət Xorasan” qruplaşmasının fəaliyyəti Rusiyada qadağan edilib, çünki üzvləri Moskvada sinaqoqlardan birinə qarşı terror aktı törətməyi planlaşdırıb”, - məlumatda qeyd edilib.
Bildirilib ki, onlar məlumat toplayarkən təhlükəsizlik orqanlarının diqqətini çəkiblər. Əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, terror təşkilatının üzvləri odlu silahdan istifadə etməklə sinaqoq prixodlarına hücum hazırlayıblar.
Qeyd edilib ki, onlar saxlanılarkən FTX-nin əməkdaşlarına silahlı müqavimət göstəriblər və nəticədə cavab atəşi ilə zərərsizləşdiriliblər.
Şərhlər