Makron Rusiyanı məğlub edəcəyinə inanır - Peskov
07.03.2024 20:45 Dünyadan reaksiya 115
Fransa Prezidenti Emmanuel Makron ölkəsini getdikcə daha çox Ukraynada hərbi əməliyyatlara sürükləyir ki, bu da onun xalqının maraqlarına qətiyyən uyğun gəlmir.
Reaksiya.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Cənab Makron ölkəmizi strateji məğlubiyyətə uğratmaq xəttinə əmindir. O, Fransanın bu müharibədə birbaşa iştirak səviyyəsini artırmaqda davam edir. Bizim nöqteyi-nəzərimizdən bu, heç bir halda fransızların maraqlarına uyğun gəlmir”, - Peskov bildirib.
Şərhlər