ABŞ Rusiya Federasiya Şurasının sədrinə viza vermədi

25.08.2015 01:40     Dünyadan reaksiya     1914

Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko ABŞ-a səfərini ləğv etməli olub. O, Nyu-Yorkda Parlamentlərarası İttifaqın toplantısına qatılmalı idi. Reaksiya.az xarici mənbəyə  istinadən xəbər verir ki, Federasiya Şurasından bildirilib ki, viza haqda qərar hələ verilməsə də, səfər artıq reallaşa bilməyəcək. 
 
Amerikanın Rusiyadakı səfirliyindən isə “məsələnin öyrənilmə mərhələsində olduğu” bildirilib. Bu isə faktiki surətdə vizadan imtina deməkdir. Çünki nümayəndə heyətinin digər üzvlərinə artıq vizalar verilib.
 
Matviyenko Krımın anneksiayası məsələsində tutduğu mövqeyə görə Rusiyanın yüksək çinli rəsmilərindən biri kimi ABŞ-ın qara siyahısına salınıb və onun Birləşmiş Ştatların ərazisinə girişi qadağan edilib.

Şərhlər

Çox oxunanlar