Üç ölkədən separatçılara dəstək: Şahramanyanla təmasa keçdilər
08.03.2024 16:40 Dünyadan reaksiya 179
Keçmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan xarici ölkələrin Ermənistandakı səfirləri ilə görüşlər keçirir.
Reaksiya.az xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.
“Şahramanyan son aylarda təkcə Ermənistanın daxili siyasi qüvvələri və ayrı-ayrı siyasətçilər yox, həm də Ermənistanda təmsil olunan müxtəlif ölkələrin diplomatları ilə fəal əlaqə saxlayır. Şahramanyan bu yaxınlarda bir neçə səfirlə, o cümlədən Fransa, ABŞ və Rusiyanın Ermənistandakı səfirləri ilə görüşüb. Müzakirə gündəmindəki əsas məsələ, ermənilərin Qarabağa qayıtmasıdır”, - məlumatda deyilir.
Şərhlər