Özünü Ruzveltlə müqayisə edir, rüsvayçılıqdır - Medvedyev

09.03.2024 10:45     Dünyadan reaksiya     72

ABŞ Prezidenti Co Baydenin sələflərindən biri olan Franklin Ruzvelti xatırlaması əbəs idi, çünki Ruzveltdən fərqli olaraq, Bayden ABŞ-ı rüsvay edir.

Reaksiya.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Baydenin ənənəvi “Ölkənin vəziyyəti haqqında” mesajı ilə çıxışını şərh edərkən deyib.

"Bayden özünü Franklin Ruzveltlə müqayisə etdi. Açığı, bu müqayisə onun xeyrinə deyil. O, ABŞ üçün biabırçılıqdır", - Medvedyev qeyd edib.

Reaksiya.az

Şərhlər