Bu, Rusiyaya təsir etmək üçün faydalı təklifdir - Polşa

09.03.2024 12:30     Dünyadan reaksiya     132

Fransa Prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynada olması ilə bağlı qaldırdığı məsələ Rusiyaya təsir etmək üçün faydalıdır.

Reaksiya.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

Onun sözlərinə görə, oxşar presedent artıq baş verib - məsələn, 1950-1953-cü illərdə Koreya müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qərarı ilə dövlətlərin koalisiyası bu ölkəyə yardıma gedib.

O, Fransanın son təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar