Bu ölkə ABŞ əməkdaşlarını qovdu

09.03.2024 13:00     Dünyadan reaksiya     110

Zimbabve hakimiyyəti fevral ayında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlarını ölkədən qovub.

Reaksiya.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

“Keçən ay Zimbabve hökuməti gözlənilmədən ölkədə inkişaf və idarəetmə vəziyyətinin qiymətləndirilməsini aparan USAİD əməkdaşlarını və podratçılarını saxlayıb və deportasiya edib”, - Miller qeyd edib.

O bildirib ki, missiya əməkdaşları pis rəftar, sorğu-sual və hədə-qorxu ilə üzləşiblər:

"Bu cür hərəkətlər əsassız və kobuddur".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar