Bu müharibə tezliklə dayandırılmalıdır! - Fidan

09.03.2024 15:15     Dünyadan reaksiya     117

Ankara Ukraynadakı müharibənin tezliklə dayandırılmasının tərəfdarıdır.

Reaksiya.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda nə Moskva, nə də Kiyev danışıqlar prosesini dərhal bərpa etmək mövqeyindədir.

“Türkiyəyə gəlincə, biz Ukrayna ilə bağlı dialoq platformasının formalaşdırılmasının zəruriliyi qənaətindəyik. Fikrimizcə, daha böyük risklərin qarşısını almaq üçün müharibəni dayandırmaq və danışıqlara başlamaq lazımdır”, - deyə Fidan bildirib.

O vurğulayıb ki, Avropanın tam mərkəzindəki müharibə bütün region üçün təhlükə yaradır:

“Ukraynadakı vəziyyət Qara dəniz regionu üçün çoxsaylı təhdidlərlə bağlıdır və ərzaq təhlükəsizliyinə təsir göstərir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar