Orban Tramp barədə: Qayıdın və bizə sülh gətirin, cənab prezident!
09.03.2024 18:15 Dünyadan reaksiya 162
Macarıstanın Baş naziri Viktor Orban Floridada ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşüb.
Reaksiya.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət keçmiş prezidentin Mar-a-Laqodakı iqamətgahında baş tutub və bir saata yaxın davam edib.
V.Orban bildirib ki, D.Tramp Ukrayna və Yaxın Şərqə sülh gətirə biləcək şəxsdir, çünki onun hakimiyyəti dövründə bu bölgələrdə münaqişə olmayıb.
"Bu gün prezident Trampı ziyarət etmək çox xoş idi. Bizə dünyada hörmət edilən və sülh gətirə bilən liderlərə ehtiyacımız var. O, onlardan biridir! Qayıdın və bizə sülh gətirin, cənab prezident!",- hökumət başçısı “X” hesabında yazıb.
ABŞ-ın keçmiş prezidenti öz növbəsində V.Orbanı "fantastik lider" adlandırıb.
Şərhlər