HƏMAS müharibənin birdəfəlik sona çatmasını istəyir
10.03.2024 11:30 Dünyadan reaksiya 129
Fələstinin HƏMAS qrupu İsraillə danışıqlar zamanı təkcə humanitar atəşkəs deyil, münaqişənin daimi sona çatması üçün israr edir.
Reaksiya.az xəbər verir ki, bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü Hüssam Badran deyib.
Onun sözlərinə görə, daimi atəşkəs məcburi köçkünlərə öz evlərinə qayıtmağa və lazım olan humanitar yardımı çatdırmağa imkan verəcək.
Badran qeyd edib ki, girovların fələstinli əsirlərlə dəyişdirilməsi ilə bağlı müzakirələr humanitar vəziyyəti necə yumşaltmaq və döyüşlərə son qoymaqla bağlı məsələlərlə müqayisədə indi arxa plana keçib.
Şərhlər