Saakaşvilinin yaxın silahdaşına Odessada vəzifə verildi

09.06.2015 01:39     Dünyadan reaksiya     1608

Lordkipanidze Saakaşvili dönəmində daxili işlər nazirinin müavini vəzifəsini tutub

Gürcüstanın Daxili İşlər Nazirinin sabiq müavini Giya Lordkipanidze Ukraynanın Odessa vilayətinin Daxili İşlər İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
 
ANS PRESS-in məlumatına görə, Lordkipanidze Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan DİN-in başçısının müavini vəzifəsini tutub.
 
Qeyd edək ki, bir müddət əvvəl Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. Bu təyinatdan dərhal sonra sabiq prezident korrupsiya ilə mübarizə, təhlükəsizliyin bərqərar olması və bölgəyə investorların cəlb edilməsi məqsədi ilə vilayət rəhbərliyinin kadr heyətini yeniləşdirmək niyyətində olduğunu bildirib.

Şərhlər