Trampın Ukrayna ilə bağlı gizli planı

10.03.2024 12:45     Dünyadan reaksiya     112

ABŞ-ın keçmiş prezidenti və 2024-cü ilin noyabrındakı prezident seçkilərində iştirak etməyi planlaşdıran Donald Tramp Ukraynadakı münaqişənin həlli planını hələ təqdim etməyib, lakin mühafizəkar dairələrdə yayılan fikirlər bu planın necə ola biləcəyi təsəvvürünü yaradır.

Reaksiya.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Qeyd edilib ki, Tramp 24 saat ərzində münaqişəni dayandıracağını iddia etsə də, detalları açıqlamayıb. Lakin ABŞ-ın mühafizəkar dairələri məsələyə bu mövqedən yanaşır: Rusiya Krımı və digər əraziləri nəzarətində saxlayır, Kiyevin NATO-ya üzvlüyü isə bloklanır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar