NATO Kiyevə qoşun göndərsə, ABŞ NATO-dan çıxmalıdır

10.03.2024 18:00     Dünyadan reaksiya     113

Qərb ölkələri Ukraynaya hərbi personal göndərərsə, ABŞ NATO-dan çıxmalıdır.

Reaksiya.az xəbər verir ki, bunu respublikaçı senator Mayk Li deyib.

“Kiyevin Qərb müttəfiqləri Ukraynaya qoşun yeritmək imkanını müzakirə edərkən həddindən artıq irəli gediblər. Biz qırmızı xətt çəkməliyik: ya Ukrayna, ya da ABŞ. Əgər müttəfiq qüvvələrin çəkmələri Ukrayna torpağına toxunsa, biz NATO-dan tamamilə çıxmalıyıq”, - Li bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar