Merkel: “Minsk razılaşmaları Ukraynada sülhün bünövrəsidir”
25.08.2015 05:02 Dünyadan reaksiya 1789
Minskdə əldə olunan razılaşmaları Ukraynada sülhün bünövrəsidir və onları şübhə altına qoymaq olmaz. Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel Fransa və Ukrayna prezidentləri Fransua Olland və Pyotr Poroşenko ilə Berlindəki görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ukrayna ilə bağlı Qərb və Rusiya arasında aradan qaldırılması mühüm olan fikir ayrılıqları mövcuddur. O, həmçinin, Ukraynadakı vəziyyəti Rusiya prezidenti ilə müzakirə edilməsinin vacibliyini qeyd edib.
Bundan başqa Merkel ATƏT-in Ukraynada fəaliyyətinin davam etdirilməsinin vacibliyini də qeyd edib.
Ukrayna prezidenti də öz növbəsində Minsk prosesinin Donbasda sülhə nail olmaq üçün universal alət olduğunu qeyd edib.
Fransua Olland isə Ukrayna məsələsinin müzakirə olunması üçün yeni görüşlər keçirilməsinin vacibliyini vurğulayıb.
Şərhlər