Qəzza savaşı Rusiyaya milyardlar qazandırır

11.03.2024 10:30     Dünyadan reaksiya     116

Husilərin hücumları Rusiya dəmir yollarında yük daşımalarını artırır.

Reaksiya.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Məlumatda husilərin Qırmızı dənizdəki hücumlarının Süveyş kanalı vasitəsilə daşımaları azaltdığı, Rusiya dəmir yollarında yükdaşımalara tələbatı artırdığı bildirilib. Belə ki, ötən ilin dekabr ayından etibarən Rusiya dəmir yolları ilə yükdaşımalar üçün müraciətlərin sayı 40% artıb.

Husilərin hücumuna görə logistika şirkətləri Süveyş kanalından qaçır və Afrikadan dolanaraq gedir ki, bu da daşıma müddətini 50-55 günədək artırır. Ancaq Rusiya ərazisindən dəmir yolu daşıması 25-30 gün çəkir. Ölkə daxilində daşımaların böyük əksəriyyəti Rusiya Dəmir Yollarının inhisarındadır. Ona görə də şirkətlər malların daşınması üçün xeyli miqdarda vergi ödəməyə məcbur olurlar, nəticədə Rusiya qazanc əldə edir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar