Belarus Silahlı Qüvvələri NATO-nun təlimləri fonunda hərəkətə keçib
11.03.2024 17:15 Dünyadan reaksiya 111
Belarus Silahlı Qüvvələri NATO-nun təlimləri fonunda hərbi hissələrin döyüş hazırlığının hərtərəfli yoxlanılmasına başlayıb.
Reaksiya.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyindən bildirilib.
“Mövcud şərait nəzərə alınaraq bu gündən Silahlı Qüvvələrdə döyüş və səfərbərlik hazırlığının hərtərəfli yoxlanılmasına başlanılır. Verilən döyüş tapşırıqları çərçivəsində təyinatlı hərbi hissə və bölmələr müəyyən edilmiş rayonlara çıxarılacaq və təlimlər keçəcək”, - məlumatda bildirilib.
Belarus Müdafiə Nazirliyi Polşadakı “Dragon” təlimlərini, həmçinin NATO ölkələrinin 90 minə qədər hərbçinin iştirak etdiyi manevrləri xatırladıb.
Qeyd edək ki, Belarusun müdafiə naziri Viktor Xrenin daha əvvəl bildirmişdi ki, NATO ölkələri Belarusun qərb sərhədində zərbə qrupları yaradır.
Şərhlər