Yens Stoltenberq: NATO-nun nüvə silahı olan alyans ölkələrinin sayını artırmaq planı yoxdur
11.03.2024 18:00 Dünyadan reaksiya 109
NATO nüvə silahına malik olan alyans ölkələrinin sayını artırmaq niyyətində deyil.
Reaksiya.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə İsveçin alyansa qoşulması ilə əlaqədar qərargahda bu ölkənin bayrağının qaldırılması mərasimi ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.
“Bizim nüvə silahının olduğu NATO ölkələrinin sayını artırmaq planımız yoxdur”, - o vurğulayıb.
Şərhlər