Bizə fransız döyüşçülər lazım deyil - Zelenski

12.03.2024 11:30     Dünyadan reaksiya     107

Ukrayna hazırda NATO üzvü deyil və hazırki mərhələdə fransız döyüşçülərinə ehtiyacı yoxdur.

Reaksiya.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski xarici jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Ukrayna dayandıqca, Fransa ordusu öz ərazisində qala bilər. Əgər Rusiya hansısa NATO ölkəsi ilə münaqişəyə girərsə, sizin övladlarınız NATO ölkələrindən birinə göndərilə bilər, amma bu başqa məsələ olacaq”, - Zelenski qeyd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar