ABŞ Ermənistana 52 milyon dollar ayırdı - Rusiyaya qarşı şok plan

12.03.2024 11:24     Dünyadan reaksiya     330

ABŞ administrasiyası 2025-ci maliyyə ilində Ermənistana 52 milyon dollar məbləğində yardım göstərməyi təklif edir.

Reaksiya.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin xarici yardım ofisinin direktor müavini Treysi Karson bir sıra amerikalı diplomatların və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəsmilərinin iştirakı ilə keçirilən brifinqdə bildirib.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin saytında “2025-ci maliyyə ili üçün büdcə. “Ukraynaya dəstək və Rusiyanın strateji uğursuzluğunun təmin edilməsi” adlı sənəddə deyilir ki, 2025-ci maliyyə ilində ABŞ administrasiyası “Ermənistanın iqtisadi və demokratik möhkəmlənməsinə və Qərblə əlaqələrinə dəstək üçün” vəsait ayırmağı təklif edir.

Ümumiyyətlə, 2025-ci ildə ABŞ Konqresində hələ də müzakirə edilməli olan maliyyə ili üçün büdcə layihəsində Bayden administrasiyası “Kreml aqressiyasına qarşı mübarizə” üçün 1,5 milyard dollar ayırmağı planlaşdırır.

Şərhlər

Çox oxunanlar