Kiprdən Qəzzaya dəniz yolu ilə humanitar yardım aparan ilk gəmi yola düşüb
12.03.2024 14:00 Dünyadan reaksiya 135
Kipr Respublikasından Qəzzaya dəniz yolu ilə humanitar yardım aparan ilk gəmi yola düşüb.
Reaksiya.az xəbər verir ki, bu barədə Kipr prezidenti Nikos Xristodulidis (Nikos Christodoulides) “X”də yazıb.
Onun bu paylaşımına münasibət bildirən Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Kipr Prezidentinə təşəkkür edib.
“Qəzzaya humanitar dəniz dəhlizinin yaradılmasında Kiprin liderliyinə görə prezident Nikos Xristodulidisə təşəkkür edirəm. İlk gəminin yola düşməsi ümid əlamətidir. Daha çox gəmilərin onun ardınca getməsi üçün birlikdə çox çalışacağıq”,- Avropa Komissiyasının rəhbəri qeyd edib.
O vurğulayıb ki, fələstinlilərə yardımın çatdırılması üçün əllərindən gələni edəcəklər.
Şərhlər