Rusiyada 50-dən çox avropalı məmura qarşı cinayət işi açıldı
12.03.2024 15:30 Dünyadan reaksiya 138
Rusiyada Avropa ölkələrinin 50-dən çox məmuruna qarşı cinayət işi açılıb.
Buna səbəb bir qrup şəxs tərəfindən hərbi məzarların və həlak olan sovet əsgərlərinin xatirə abidələrinin dağıdılması olub. Cinayət işi açılanlar arasında Latviya, Litva, Estoniya, Polşa və Çexiya vətəndaşları olub.
Məmurlar, həmçinin Rusiya tərəfindən axtarışa verilib. Estoniyanın daxili işlər naziri Lauri Lyaenemets, Latviyanın keçmiş iqtisadiyyat naziri Yanis Vitenberqs, Latviya Seyminin Müdafiə Komissiyasının sədri Yuris Ransans, eləcə də çexiyalı siyasi xadim Ondrjey Kolarj, Litva parlamentarisi Povilas Urbşi və Praqa şəhərinin meri Stareka Yakub barəsində iş qaldırılıb.
Məlumata görə, avropalı məmurlar 5 ilə qədər həbs cəzası ala bilərlər.
Şərhlər