İraqdakı şiə qruplaşmaları Təl-Əvivdəki Ben Qurion hava limanına hücum edib
12.03.2024 16:00 Dünyadan reaksiya 135
İraq şiə qrupları Təl-Əviv yaxınlığındakı hava limanına hücum üçün pilotsuz təyyarələrdən istifadə etdiklərini açıqlayıblar.
Qrupların yaydığı bəyanatda deyilir ki, martın 11-də axşam saatlarında İraqdakı İslam Müqaviməti qüvvələri Ben Qurion hava limanını vurmaq üçün pilotsuz təyyarələrdən istifadə edib.
Bundan əvvəl İsrailin xarici işlər naziri İsrael Katzın BMT Təhlükəsizlik Şurasının xüsusi iclasında çıxışı zamanı Fələstinin HƏMAS hərəkatını terror təşkilatı kimi tanımağı və qruplaşmaya qarşı sərt sanksiyalar tətbiq olunmasını tələb etdiyi bildirilib.
Şərhlər