Rusiya ilə savaş reallığa çevrilir – 300 minlik ordu hazır vəziyyətə gətirildi

12.03.2024 17:47     Dünyadan reaksiya     112

NATO-nun 300 000-lik hərbi qüvvəsi müharibə baş verəcəyi təqdirdə Polşaya göndərilmək üçün yüksək hazırlıq vəziyyətindədir.

Reaksiya.az xəbər verir ki, bunu Polşanın Baş Qərargah rəisi Karol Dimanovski deyib.

“Amerika hərbçiləri uzun müddətdir Polşada yerləşdirilib. Bir neçə min hərbçidən söhbət gedir. Bizimlə müntəzəm məşğul olurlar. Unutmayaq ki, ABŞ və digər müttəfiqlər başqa sahələrdə də bizi dəstəkləyir: hava, dəniz, kosmos və kibertəhlükəsizlikdə”, - Baş Qərargah rəisi bildirib.

Polşadakı Amerika hərbçilərinin sayının 100 minə çatdırılmasının mümkün olub-olmaması ilə bağlı suala o, bunun real ssenari olduğunu vurğulayıb.

“Bu, NATO-nun Vilnüsdəki sonuncu sammitində siyasi səviyyədə təsdiqlənən son planlarının fərziyyəsidir. İndiyədək NATO-nun qərargahında 40 min hərbçi var idisə, indi onların sayı 300 minə çatıb”, - Dimanovski qeyd edib.

O əlavə edib ki, hərbi qüvvələr müharibə başlamazdan əvvəl təhlükə altında olan ölkəyə gələcəklər. Baş Qərargah rəisinin sözlərinə görə, təcavüzə adekvat cavab vermək üçün müxtəlif hazır ssenarilər var.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar