Rusiya bu ölkələrin nazirlərinə qadağa tətbiq etdi

12.03.2024 20:00     Dünyadan reaksiya     98

Moskva Latviya, Litva və Estoniyanın Rusiyaya düşmən münasibət bəsləyən 347 vətəndaşının, o cümlədən nazirlərin, parlament üzvlərinin və ictimai xadimlərin ölkəyə girişini qadağan edib.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu yaxınlarda nazirlər, parlament üzvləri, ictimai xadimlər və jurnalistlər də daxil olmaqla, Latviya, Litva və Estoniyadan 347 vətəndaş Rusiyanın qara siyahısına daxil edilib”, - məlumatda bildirilib.

Reaksiya.az

Şərhlər