Ukrayna ordusu Belqoroda hücuma cəhd etdi

13.03.2024 10:30     Dünyadan reaksiya     108

Ukrayna hərbçiləri Belqorod vilayətinin yaşayış məntəqələrinə daxil olmayıblar.

Reaksiya.az xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

“Biz düşmənimizdən çox sayda yalan məlumatla üzləşmişik, bununla bağlı demək istəyirəm ki, Belqorod vilayətinin yaşayış məntəqələrində düşmən yoxdur", - qubernator vurğulayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi martın 12-də Rusiya Silahlı Qüvvələrinin bölmələrinin FTX-nin sərhəd xidməti ilə birlikdə Ukrayna ordusunun Belqorod və Kursk vilayətlərində Rusiyanın sərhəd ərazisinə keçmək cəhdinin qarşısını aldığını bildirib.

Gecə saat 3 radələrində Ukrayna qoşunları tankların və zirehli döyüş maşınlarının dəstəyi ilə hücuma cəhd ediblər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar