İranlı dedi ki, Azərbaycan ordusuna qarşı... - Melkonyan
13.03.2024 11:00 Dünyadan reaksiya 109
Regionumuzda 3 güc mərkəzi var. Bunlar Rusiya, İran və Türkiyədir. Qüvvələrdən birinin rolu zəifləyərsə, boşluğu başqa güc mərkəzləri dolduracaq.
Reaksiya.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
O bildirib ki, Qərb faktiki olaraq Türkiyə ilə işləməyə üstünlük verir. Çünki rəsmi Ankara Rusiya və İranı balanslaşdırmağı bacarır.
“Əgər biz Rusiyaya qarşı hərəkət etsək, o zaman bura Qərbi deyil, ilk növbədə Türkiyəni dəvət etmiş oluruq. Baxmayaraq ki, Ermənistan üçün əsas təhlükə məhz Türkiyədir. Amma Qərbdə Bakıya qarşı çıxmaq üçün siyasi iradə yoxdur. Çünki Azərbaycan və Türkiyənin maraqları eynidir. Digər tərəfdən, daxili problemlərə rəğmən Türkiyə Qərbin müttəfiqidir. Söhbət təkcə AB ilə yox, həm də ABŞ-la müttəfiqlikdən gedir”, – erməni politoloq bildirib.
Melkonyan Baş nazir Nikol Paşinyanın AB-nin Ermənistandakı missiyasının mandatını daha 2 il uzatması haqda qərarına da toxunub.
“Keçən ay İrəvanda söhbət zamanı bir İran rəsmisi maraqlı fikir səsləndirdi. O bildirdi ki, Ermənistanda kimsə bir neçə yüz adamın Azərbaycan Ordusunun qarşısına çıxacağına inanırsa, bu, çox gülüncdür”, – Melkonyan vurğulayıb.
Şərhlər