Venesuela ABŞ-nin müsadirə etdiyi təyyarəyə görə Argentinadan təzminat istəyir
13.03.2024 12:00 Dünyadan reaksiya 125
Venesuela hakimiyyəti Buenos-Ayres ABŞ-nin müsadirə etdiyi “Emtrasur” təyyarəsinə görə təzminat ödəməyənə qədər Argentina təyyarələrinin ölkə üzərindən uçmasına icazə verməyəcək.
Bunu Bolivar Respublikasının xarici işlər naziri İvan Xil bildirib.
“Venesuela öz hava məkanı üzərində tam suverenliyə malikdir, bir daha bəyan edir ki, Argentinadan gələn və ya Argentinaya uçan heç bir təyyarənin şirkətimiz yalnız onların razılığı üçün atılan qeyri-qanuni addımlar nəticəsində dəymiş ziyana görə lazımi kompensasiyanı almayana qədər ərazimiz üzərində uçmasına icazə verilməyəcək", - nazir “X”dəki hesabında yazıb.
Xil “Emtrasur” təyyarəsinin ələ keçirilməsini “piratlıq və oğurluq” adlandırıb və Argentina hökumətini “imperator ağasının” göstərişi ilə hərəkət etməkdə ittiham edib.
Şərhlər