Ukraynaya qoşun göndərsək, sülh bahalaşacaq
13.03.2024 17:00 Dünyadan reaksiya 119
Qərb ölkələri Ukraynaya qoşun yeridərək münaqişəyə birbaşa müdaxilə etməməli, əksinə, maliyyə dəstəyini və silah-sursat tədarükünü davam etdirməlidir.
Reaksiya.az xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib.
“Bu gün insan həyatını riskə atmağa ehtiyac yoxdur və Kiyevə yardım yalnız əlavə maliyyə və silah təchizatından ibarət olmalıdır. Bu gün bu, Avropada və bütün dünyada sülhü bərpa etmək üçün ödənilməli olan kifayət qədər aşağı qiymətdir. Əgər münaqişə davam edərsə və ölkələr Ukraynaya qoşun göndərərsə, o zaman sülhə nail olmaq həqiqətən də çox baha olacaq”, - Duda bildirib.
Şərhlər