Polşa 50-dən çox ölkədəki səfirini dəyişir

14.03.2024 10:00     Dünyadan reaksiya     109

Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox ölkədəki səfirləri dəyişdirmək qərarına gəlib.

Reaksiya.az xəbər verir ki, bu barədə Polşa XİN-in məlumatında deyilir.

“Xarici işlər naziri Radoslav Sikorski 50-dən çox səfirin missiyasını dayandırmaq və nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülən 10-a yaxın namizədi geri çağırmaq qərarına gəlib”, - deyə məlumatda bildirilir.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, kadr dəyişiklikləri ölkənin baş naziri tərəfindən təsdiqlənib və diplomatların geri çağırılması prosedurlarına başlanılıb.

Qeyd edək ki, R.Sikorski 2023-cü ilin payızından XİN-ə rəhbərlik edir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar