ABŞ Polşaya Rusiyanı təhdid edən raketlər verəcək

14.03.2024 12:00     Dünyadan reaksiya     92

Polşa ABŞ-dan potensial olaraq Rusiyadakı hədəflərə çata biləcək JASSM yer-hava raketləri alacaq.

Reaksiya.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin keçmiş komandanı, general Miroslav Ruzanski deyib.

“Polşa F-16, gələcəkdə isə F-35-in daşıyacağı raket paketini ala biləcək”, - o qeyd edib.

Onun sözlərinə görə, bu döyüş sursatları ilə təchiz edilmiş Laskda yerləşdirilmiş Polşa təyyarələri Visladan o yana uçamayaraq Belarus və ya Rusiya ərazisindəki hədəfləri vura biləcək.

General bunun pilotların təhlükəsizliyini təmin edəcəyini vurğulayıb. O qeyd edib ki, ordu ölkədən kənarda belə təhdidləri aşkar edib zərərsizləşdirmək qabiliyyətinə malik olmalıdır.

Martın 12-də Dövlət Departamenti Polşaya 1,7 mindən çox müxtəlif tipli raketlərin satışını təsdiqləyib.

Reaksiya.az

Şərhlər