Təbriz-Urmiya yolunda ağır qəza: 1 ölü, 22 yaralı

14.03.2024 14:15     Dünyadan reaksiya     118

Təbriz-Urmiya magistral yolunda sərnişin avtobusu ilə TIR-ın toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reaksiya.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 1 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

Qeyd edək ki, son 11 ay ərzində Şərqi Azərbaycanda yol qəzaları səbəbindən 924 nəfər həyatını itirib, 18400 nəfər isə yaralanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz çoxdur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar