Estoniya Rusiyadan gələn “dəniz atı”nı tutdu
14.03.2024 17:30 Dünyadan reaksiya 89
Estoniyanın Lyuna prefekturasının sərhədçiləri ötən gecə Estoniya-Rusiya sərhədində Peipsi gölündən keçən çəhrayı dəniz atı formasında hava şarını ələ keçiriblər.
Reaksiya.az xəbər verir ki, bu barədə Lyuna prefekturası məlumat yayıb.
“Hadisə çərşənbə günü gecə saat 02:00 radələrində baş verib. Sərhədçilər sərhəd pozucusunun çəhrayı dəniz atı formasında şar olduğunu görüblər. Sərhədçilər onu ələ keçiriblər”, - məlumatda deyilib.
Şərhlər