Husilər bu gəmilərə də hücum edəcək
15.03.2024 10:30 Dünyadan reaksiya 105
Yəmənin üsyançı hərəkatı Ənsarullah (husilər) Hind okeanını keçərək Afrikanın cənubundakı Ümid burnuna gedən İsraillə əlaqəli gəmilərə hücum etmək niyyətindədir.
Reaksiya.az xəbər verir ki, bunu hərəkatın lideri Əbdülməlik əl-Husi deyib.
"Biz İsrail ilə əlaqəli gəmilərin Hind okeanından Ümid burnuna doğru keçməsinin qarşısını almaq niyyətindəyik", - əl-Husi.
O qeyd edib ki, hərəkatın əsas məqsədi əməliyyatların əhatə dairəsini genişləndirmək və İsrail və müttəfiqlərinin təhlükəsiz hesab etdiyi ərazilərə çatmaqdır.
Şərhlər