AB: İrəvan birliyə üzv olmaq üçün müraciət edə bilər
15.03.2024 14:15 Dünyadan reaksiya 109
Ermənistan AB-yə üzv olmaq üçün müraciət edə bilər.
Reaksiya.az xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano deyib.
“Ölkələrin öz xalqlarına daha yaxşı gələcək üçün səy göstərmək hüququ var. Belə bir gələcəyi necə təmin edəcəklərinə qərar verməkdə sərbəstdirlər. AB-yə üzvlüyə gəlincə, hər bir Avropa ölkəsi, onun xalqı və hökuməti birliyə üzv olmaq üçün müraciət edib-etməmək barədə qərar verməlidir”, - o, AB qapılarının Ermənistana açıq olub-olmaması sualını cavablandırarkən deyib.
Stano xatırladıb ki, bir ölkə AB-yə üzv olmaq üçün ərizə təqdim edən kimi ona üzv dövlətlər tərəfindən baxılır:
“Sonra AB müqavilələri və müəyyən edilmiş meyarlar əsasında müvafiq qərar qəbul edirlər”.
Şərhlər