Bölgə S-400-lə vuruldu – Hədəflərin hamısı məhv edildi

15.03.2024 15:00     Dünyadan reaksiya     86

Rusiya ordusu gecə saatlarında Xarkov və Donetsk vilayətlərini S-300 və S-400, Poltavanı X-59 raketləri ilə vurub.

Reaksiya.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Kirovoqrad, Nikolayev, Xarkov, Xerson, Xmelnitski, Vinnitsa, Kiyev və vilayətləri də “Şahid” PUA-ları (İran istehsalı) ilə hədəfə alınıb. Rusiya ərazisindən buraxılan 27 dronun hamısı Ukrayna hərbi aviasiyası tərəfindən məhv edilib.

Ukraynada gecə saatlarında hava xəbərdarlığı elan edilib, bölgələrdə partlayışlar eşidilib, hava hücumundan müdafiə sistemləri səhərədək işləyib.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar