Lukaşenko diktator adlandırılmasına belə cavab verdi: “Problem yoxdur, qoy desinlər”
15.03.2024 16:30 Dünyadan reaksiya 109
Belarus prezidenti Aleksandr Lukaşenko onu xaricdə tez-tez diktator adlandıranlara cavab verib. Reaksiya.az xarici agentliklərə istinadən xəbər verir ki, Belarus prezidenti bu barədə Belarus Konstitusiyasının 30 illiyinə həsr olunmuş iclasda danışıb. Onun sözlərinə görə, mühüm olan odur ki, ölkə xalqın sərvətini, öz doğma torpağında suverenliyini, təhlükəsizliyini və əmin-amanlığını qoruyub saxlayıb. “Bütün bu müddət ərzində yalnız tənbəllər Lukaşenkonu diktator və avtoritar prezident adlandırmayıb. Eybi yoxdur, qoy çağırsınlar. Əsas nəticədə əlimizdə nə qaldığıdır: israf edilməmiş milli sərvət, qorunan suverenlik, doğma yurdumuzda təhlükəsizlik və əmin-amanlıq, sakitlik və sükut”, - deyə o qeyd edib. Reaksiya.az
Şərhlər