24 min Rusiya hərbçisi Ukrayna sərhədində toplandı

09.06.2015 01:50     Dünyadan reaksiya     1312

Nazir onların ixtiyarında 558 tank, döyüş maşınları, artilleriya sistemləri və digər silahlar olduğunu qeyd edib

Ukraynanın müdafiə naziri Stepan Poltorak ölkənin şərqində 42 500 separatçı və Rusiya əsgəri yerləşdirildiyini bildirib.

ANS PRESS-in məlumatına görə, nazir onların ixtiyarında 558 tank, döyüş maşınları, artilleriya sistemləri və digər silahlar olduğunu qeyd edib.

Poltarak bu barədə Ukrayna-NATO Parlamentlərarası Şuranın Kiyevdə keçirilən görüşündə bildirib. O, həmçinin hazırda Krımda 24 min Rusiya hərbçisi olduğunu bildirib.

Ukrayna prezidenti Pyotr Poroşenko ötən həftə ölkə ərazisində 9 mindən çox Rusiya qüvvəsi olduğunu bildirmişdi. Kiyevlə Qərb Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır. Moskva ittihamı rədd edir.

Şərhlər