İran Rusiyadan casus şarları alır
15.03.2024 18:15 Dünyadan reaksiya 137
İran Rusiyadan casusluq üçün istifadə oluna bilən hava şarları alır.
Reaksiya.az Meduza saytına istinadən xəbər verir ki, bu məlumat Moskva və Tehran arasında hərbi əməkdaşlıqla bağlı kiberhücum nəticəsində ələ keçirilən sənədlər əsasında üzə çıxıb.
Belə ki, ötən ay “Prana Network” qrupunun hakerləri yerli “Sahara Thunder” şirkətinin poçt serverlərini sındıraraq İran Müdafiə Nazirliyi ilə əlaqəli layihələri ortaya çıxara bilib.
Məlumatda Tehran və Moskva arasında hərbi texnologiya mübadiləsinin təfərrüatı yer alıb.
“Meduza”nın araşdırmasına görə, ələ keçirilən gizli məlumatda İran hərbçilərinin Rusiyadan casus şarları almasına dair sübutlar tapılıb.
Bu şarlar ABŞ üzərində vurulan Çin şarının analoqudur.
Şərhlər