Xorvatiyanın eks-prezidenti: Dünyamızın pandemiyalardan qorunması hələ də sual altındadır
15.03.2024 19:00 Dünyadan reaksiya 123
Gələcəkdə dünyanın pandemiyalardan necə qorunması hələ də sual altındadır.
Reaksiya.az xəbər verir ki, bunu Xorvatiyanın keçmiş Prezidenti, NATO Baş katibinin keçmiş müavini Kolinda Qrabar-Kitaroviç “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun altıncı panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi başlayandan koronavirus unuduldu: "Amma virus hələ ətrafımızdadır. Dünyada baş berən proseslərə baxsaq, irəlidə növbəti pandemiyalar da ola bilər. Amma nə vaxt və harada ortaya çıxacağını bilmirik".
Xorvatiyanın eks-prezidenti bildirib ki, hazırda pandemiyalar üçün ayrılan vəsaitin necə xərclənməsi ilə bağlı hər hansı dəqiq qərar yoxdur: "Bunun üstündə işləmək lazımdır. Vaksinlərin də dünyada bərabər paylanmaması narahatlıq doğurur".
Şərhlər