Davudoğlundan PKK-ya: “Dövlətə tabe olacaqsınız”

25.08.2015 11:05     Dünyadan reaksiya     2002

"Kürd qardaşlarımızın hissiyatını istismar edərək gənclərimizi Şimali İraqa aparanlar dövlətimizin qətiyyətli mövqeyi qarşısında boyun əymək məcburiyyətində qalacaq"

Reaksiya.az xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri  Əhməd Davudoğlu deyib.

AKP-nin sədri, baş nazir Əhməd Davudoğlu Çankaya Köşkündə Anadolu Kənd Gözətçiləri və Şəhid Ailələri Konfederasiyasının rəhbərliyini qəbul edib.

"İstər İŞİD, istərsə də PKK şəklində olsun, Anadolunun və Mesopotamiyanın uşaqlarını öz kor ideologiyaları adına əsir etməyə çalışanlara qarşı mübarizəmiz davam edəcək" deyən Davudoğlu bildirib ki, son 12 ildə bütün dərdlərin bitməsi üçün dövlət bütün tədbirlərə əl atıb:

“Fövqəladə halı qaldırdıq, bütün anti-demokratik yetirmələri sona çatdırdıq. 1990-cı illərdə xəyal belə edilə addımları tarazlıqla və cəsarətlə atdıq. 2013-cü ilin sonunda bir həmləylə silahlı ünsürlərin ölkəni tərk etməsini istədik. Amma o ünsürlər son 2 ildə hücumlarını artırmaq üçün güc toplamaq təşəbbüsündə oldu. Beynəlxalq dairələrin dəstəyini arxasına alan terror təşkilatı, Türkiyəni Suriya və İraqdakı səhnələrə bənzətmək məqsədilə hərəkətə keçdi. 23 iyulda etdiyimiz qərarlar çərçivəsində kim dövlət rejimini pozursa, kim vətəndaşlarımızın həyatına qəsd edirsə, bütün o mərkəzlərə qarşı hərəkətə keçilib. İŞİD adı altında dinimizi istismar edərək uşaqlarımızı Suriyaya gətirənlər də, PKK adı altında Kürd qardaşlarımızın hissiyatını istismar edərək gənclərimizi Şimali İraqa gedənlər də eyni şəkildə dövlətimizin qətiyyətli mövqeyi qarşısında boyun əymək məcburiyyətində qalacaq. Burada boz sahə yoxdur. Boz sahə demokratiyada olur. Hər kəs öz fikirlərini ifadə edir, kimsə mütləq şəkildə özünün haqlılığı üzərindən digərinin fikirlərinə sərhəd gətirə bilməz. Amma həyat haqqı, azadlıqlar və nəsillərimizin gələcəyi söz mövzusu olduğunda hər kəsin demokratik hüquqi dövlət qaydalarına gəlməsi lazımdır. Buradan bir daha bağlı bütün təbəqələrə müraciət etmək istəyirəm. Gəlin birlikdə hər cür terrora qarşı çıxaq. Hər kəs qanuni, siyasi platformaya gəlsin, orada hər şeyi müzakirə edək. Kim, birinin azadlıq meydanını azaldarsa, onun qarşısında çiyin-çiyinə verək. Amma kim terroru bu millətə qarşı Demokl qılıncı kimi istifadə etmək istəsə, o qılıncı alır və qırarıq".

Şərhlər

Çox oxunanlar