Tehranda Azərbaycan muğam konserti keçirildi
15.03.2024 19:45 Dünyadan reaksiya 117
Tehranın “Vəhdət” Mədəniyyət Mərkəzində Azərbaycan muğam konserti keçirilib.
Reaksiya.az xəbər verir ki, bu barədə “Azərəncümən” saytı məlumat yayıb.
Konsertin ifaçısı Nasir Ətapur olub. Onu Vəhdət Rəhimi, Pedram Rəncbər, Cəfər Noi və Əli Rəşidi müşayiət edib.
Konsert Tehran, Kərəc və başqa bölgələrdə yaşayan azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, 1976-cı ildə Təbrizdə anadan olan Nasir Ətapur Azərbaycan Milli Konservatoriyasında təhsil alıb. 2007-ci ildə Heydər Əliyev Fondunun layihəsi əsasında keçirilən Muğam Müsabiqəsində 3-cü yer tutub.
Şərhlər